AZ

"Azərbaycanla müttəfiqlik münasibətləri yüksək səviyyədədir"- özbəkistanlı nazir

Image

"Özbəkistan, Türkiyə və Azərbaycan arasında üçtərəfli dialoq formatı üç türk dövlətinin möhkəm və səmərəli əməkdaşlıq platformasını formalaşdırır. Bu uğurun əldə edilməsində dövlətlərarası münasibətləri yüksək səviyyəyə qaldıran ölkələrimizin liderlərinin böyük rolu var."

Bu fikirlərlə Özbəkistan XİN rəhbəri Baxtiyar Saidov Ankarada çıxış edib. Nazir Özbəkistan və Türkiyə arasında strateji əməkdaşlıq haqqında sazişin imzalanmasını xatırladaraq, Azərbaycanla müttəfiqlik münasibətlərinin də yüksək səviyyədə olduğunu vurğulayıb. O, Daşkəndin Bakı və Ankara ilə strateji dialoqun daha da möhkəmləndirilməsinə hazır olduğunu qeyd edib. 

Mətləb Salahov






Seçilən
8
17
baki-xeber.com

10Mənbələr