AZ

ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”

Qaradağ rayonu, Qobu park-1 ünvanında yaşayan Hüseynalıyev Vətənsevər Adəm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Yazıb bildirmək istəyirəm ki, N saylı hərbi hissədə xidmət etmşəm. “Vətən müharibəsi iştirakçısı” və “Füzuli rayonunun azad olunmasına görə” medalı ilə mükafatlandırılmışam. Şuşada döyüşdə olmağımıza baxmayaraq, Şuşa döyüşləri üçün təyin oluan medallarımızı verməyiblər.

İşdən çıxmamışdan əvvəl də neçə dəfə müraciət etsək də, hərbi hissə komandirimiz Elçin Babayev bizə söyləyirdi ki, “Vətən üçün etmisiniz”. Amma bizim üçün fəxrdir ki, medallarımızın hamısı verilsin.

Haqqını tələb edənədə töhmət verirlər. Töhmətin səbəbi soruşduqda isə, “intizamsızsan” deyirlər.

Müharibənin qızğın vaxtı Şuşada başıma qoyduğum dəbilqəyə qəlpə dəydi. Elə bildim başıma ağacla vurdular, ya da silah dəydi. Düşmən üstümüzə minamyot atarkən yerə uzananda elə hiss etdim ki, başıma silah dəydi. Sən demə, qəlpənin kor hissəsi dəyib. Həmin vaxt gözlərim qaraldı, ətrafı bulanıq görməyə başladım. Hərbidən çıxandan sonra da gözümün bulanıqlaşması davam etdi. Gözümün kökünü yoxlatdırdım. Məlum oldu ki, gözümdə damar partlayıb. Həkimlər deyir ki, ömrünün sonuna kimi müalicə etdirməlisən.

Müharibə vaxtı daşıdığım sursatlardan ayaqlarım sulux bağlamışdı. Döyüş yoldaşlarım əziyyətimi görüb, çantama köməklik edirdilər. Baxmayaraq ki, özləri də mənim durumumda idilər. Axşamlar çirkab şeh suyunu dadırdıq ki, ölməyək. Döyüş yoldaşlarımızla 3-3 ara məsafəsində dururduq ki, düşmənə əsir düşsək, əlimizdə olan qumbara ilə özümüzü partladaq. Şükür Allaha, sağ qaldıq.

Cənab Prezident!

Atam xəstələndi. İşdən vaxt tapan kimi yanına gedirdim. Atam beyin əməliyyatı olundu. Həkimlər dedilər ki,  ölə bilər.

Xəstəxanadan atamın xəstəliyi ilə bağlı sənəd götürdüm, yenidən hərbi hissəyə qayıtdım. Mənə çətinliklə 3 günlük atamın yanına getməyə icazə verdilər. Elçin Məmmədov demək olar ki, günortaya kimi “maxe”lərə telefon da vermirdi. Ezamiyyətə gedirdik. Ezamiyyət pullarımız da bizə verilmirdi. Başımıza oyun açılırdı.

Cənab Prezident!

Hazırda Su Ehtiyatları Agentliyində işləyirəm. Burada da insanlara olduqca pis rəftar edilir. Kimə yaxınlaşırsan deyir ki, “qazilər lap ağ edib”. Nahar yerə saatımızı kəsiblər. Vəzifəmi dəyişməyi İlqar Tağıyevdən xahiş etdim. O, başının üstündəki Quranı göstərdi və dedi ki, sənə nə lazımdır, köməklik göstərəcəm.

Hər ay dərman alıram. Hal-hazırda da qara ciəyərim pis vəziyyətdədir. Ölə-ölə işləyirəm ki, kiməsə möhtac olmayım.

“Azərsu”dan yer dəyişikliyindən sonra maaşım, Prezidentin təyin etdiyi 100 manatla birlikdə, 670 manat olmalı idi. Lakin bu ay mənə 620 manat verildi. Orada sürücü işləyirəm. Maşında hər hansı texniki problem olanda mənim maaşımdan kəsilir. Hər anımız qəza şəraitidir. Maaşıma güvənib, kredit də götürə bilmirəm”.

Aynurə MUSTAFAYEVA

Seçilən
3
50
hurriyyet.az

10Mənbələr