Tanınmış müğənni Əlikram Bayramov anası ilə bağlı xatirələrini bölüşərək onun itkisinin ağır olduğunu bildirib. O, anasını həyatının ən vacib insanı kimi xarakterizə edərək, anasız yaşamağın onun üçün çox çətin olduğunu vurğulayıb.
"Anamsız yaşaya bilməyəcəyəm. Allah'a yalvardım ki, ondan qabaq məni öldürsün. O qədər ona bağlı idim ki, həm mənəvi dayağım, həm anam idi. Hər şey idi mənim üçün."
Müğənni 2005-ci ildə anasını itirdiyini və həmin günü unuda bilmədiyini deyib. O, Tuva şəhərinə səfər edərkən anasının vəziyyətinin pisləşdiyi xəbərini alıb və dərhal geri qayıtmağa qərar verib.
"Yarı yolda mənə zəng vurdular ki, anamın vəziyyəti ağırdır. Mən də dərhal geri qayıtdım. Lakin çatanda artıq anam vəfat etmişdi."
Əlikram Bayramov anasının dəfnində iştirak etmək və onu öz əlləri ilə torpağa tapşırmaq istədiyini qeyd edib. Lakin yaxınları ona bunun onun üçün çox çətin olacağını söyləyiblər.
"Dedim ki, yox, mən şəxsən özüm dəfn etmək istəyirəm. Amma onu məzara qoyanda, imam mənə baxıb dedi ki, əgər bilsəydim ki, bu qədər ağır keçirəcəksən, buna icazə verməzdim."
Müğənni anasını itirdiyi gündən bəri onun yoxluğunu dərindən hiss etdiyini və bu acının heç vaxt keçmədiyini bildirib.