Polşa Müdafiə Nazirliyi ölkədə prezident seçkiləri ilə bağlı seçki kampaniyasının başlaması fonunda Belarusla sərhəddə təxribatların sayının artacağını gözləyir. Bu barədə Polşa müdafiə nazirinin müavini Pavel Zalevski RMF FM radiostansiyasının efirində bildirib.
O, iddia edib ki, rəsmi Minsk Kremlin diktəsi ilə bir neçə ildir ki, Avropa İttifaqı(Aİ) sərhədində təzyiq aləti kimi miqrantlardan istifadə edir.
Onun sözlərinə görə, hətta miqrasiya təzyiqinin indiki azalması şəraiti də Polşanın aidiyyəti qurumlarının sayıqlığını səngitməyə hesablanıb. Bunun özü belə Polşada daxili siyasi proseslərə müdaxilə etməyə yönəlmiş daha geniş təxribatın tərkib hissəsidir.
“Qarşıdakı aylarda prezident seçkiləri kampaniyası zamanı bu təxribatlar artacağını gözləyirəm. Mənim buna heç bir şübhəm yoxdur", -Zalevski deyib.
Tural