"Azərbaycan ədəbiyyati" yazılarkən bir sürü "Dahi"lər bu sırada əsaslar olaraq alındı və "ədəb" bilməyənlərin "hiyyə"si icad edildi. "Ədəb" yazmağ nədir və nə üçün yazılar tanımayanlar "literatur" və "poesis"dən alınan formaların içini dolduran "təqlid dahilər"inə döndülər. "Dahi" ərəbcə bir kəlmədir, istifadə yeri siyasət məkanıdır, mahiyyətindəki hədd isə "hiylələrin ustası" olaraq qoyulur. Bu nəzərlə baxsaq "bizim dahilər" "literatur və poesis"in onlara təklif olunan məkanındatam bir "hiylə ustalar"na çevriliblər.
"Ədəb"lə "hiyyə" yə də açıqlama gətirib, sonrasını anladacaqam. "Ədəbiyyat" bizim icad deyildir, Osmanlının "literatur" qarşılığında üzə çıxardığı termindir. "Hiyyə"nin dilimizdə anlamı "Odur"u müəyyən etməkdir, yəni "Bu Odur"la qavranılan şey deməkdir. "Mədəniyyət"də, "vəziyyət"də, "niyyət"də bu "hiyyə" "O odur"un məntiqlə həyata bağlanması təzahürüdür.
"Ədəbiyyat" "ədəb odur"un yazıya çevrilən səhifələridir açıqlamasını kəlmənin içindəki yeri ilə belə təyin edə bilərik.
Kəlmənin içindəki Məkanı ilə Zamanın idarə etdiyi "Ədəbiyyat" isə başqa bir təzahürdür.
Dərdim bu deyildir, dərdim Mirzə Ələkbər Sabirlə Mirzə Cəlildir.
Bu ikisinin yazısı "bizim ədəbiyyat"ın əsası seçilərkən biz Sovet ədəbiyyatını oxumağa başlamışdıq. "Sovet öz ədəbiyyatına bu ikisini niyə əsaslardan olaraq aldı və mərkəzə yerləşdirdi" sualını heç özümüzə verdikmi?
Sabirin "Uşaq və buz" şeirini uşaqkən əzəbərlərik və heç unutmarıq. Cəlilin də "Saqqalı uşağ"ını hekayə kimi oxusaq da yadda saxlamarıq.
"Uşaq durub, buzu hədələyəcək və azarını tökəcək ki, yaz gələndə əriyib gedəcəksən, məni yıxdığın üçün cəzanı alacaqsan".. Bu əzbərlərlə böyüyən uşaqların bu gün "biz tamamlığ kompleksi"li kimliyik, "mədəniyyət quruculuğunu təmsil edə bilmərik" kimi ifadələri "yeni dahiçiliyin" davamıdır.
Onlarda yazılarını Ordakına heyranlığla yazardılar, davamçıları da "ordakını" müqəddəsləşdirib, "indi və burdası"nı tanımadan təhqir və təhdid yazırlar.
Biz kimlik olaraq yoxla var arasında öz dünyamızı qoruyan bir kimliyik, zaman bizim üçün əsas deyildir. Yerimizi bilərik, yerimizi qoruyarıq. Zamanın müdaxilələri isə keçmişdə qalar və keçmiş olar.
"Ədəbiyyat"ı literatürə çevirənlərin zamanı bitmək üzrədir və bitir.
Bu gün yaşadığlarımız isə dünəndən miras qalan ədəbiyyatçılığın ölümü üstündəki ağlaşmadır.
Və Salam.
İdris Heydərli
visiontv.az