“Verian” şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, Qrenlandiyanın 85%-i ABŞ-a qoşulmaq istəmir.
Musavat.com xəbər verir ki, sorğuda iştirak edənlərin yalnız 6%-i bu fikri dəstəkləyib, 9%-i isə cavab verməkdə çətinlik çəkib. Eyni zamanda 45% respondent Qrenlandiyanın Danimarkadan çıxıb ABŞ-a birləşməsini ölkə üçün təhlükə olaraq qiymətləndirir.
Danimarkanın Xarici İşlər Naziri Rasmus Rasmussen isə bildirib ki, Donald Tramp Qrenlandiyanı əldə edə bilməyəcək, çünki bu, BMT Nizamnaməsi ilə qorunur.