AZ

Aİ missiyasının uzadılması:  Regionda stabillik, yoxsa Azərbaycana qarşı qərəz? – ÖZƏL

Avropa İttifaqının səfirləri Ermənistandakı müşahidə missiyasının müddətini daha iki il - 2027-ci ilin fevralın 19-dək uzatmağı təsdiqləyiblər. Bu qərara əsasən, missiyanın tərkibi və müşahidəçilərin sayı dəyişməz qalacaq: 165 xarici və 44 erməni üzvdən ibarət olacaq.

Məsələ ilə bağlı Olaylar.az-a açıqlama verən  siyasi  şərhçi  Zeynal Əmrəliyev bildirib ki, Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətinin müddəti ilə bağlı  Azərbaycan və Ermənistan arasında konkret razılaşma mövcud idi.  Lakin təəssüf ki, həm Avropa İttifaqı, həm də Ermənistan bu razılaşmanı pozur:

"Ermənistan tərəfi missiyanın fəaliyyətini süni şəkildə uzatmaqla  Azərbaycan-Ermənistan sülh prosesinə ciddi maneələr yaradır. Eyni zamanda, Avropa İttifaqının bu qərarı Azərbaycanla qurum arasındakı münasibətlərin normallaşmasına əngəllər törədir.

Son dövrlərdə Avropa Şurası Parlament Assambleyası, Avropa Komissiyası və digər Avropa institutlarının  Azərbaycana qarşı qeyri-dost yanaşmaları səbəbindən münasibətlərdə gərginlik yaranıb. Müşahidə missiyasının fəaliyyətinin davam etdirilməsi isə bu gərginliyi daha da artırır.

Bundan əlavə, həmin missiyanın yalnız müşahidə fəaliyyəti ilə məşğul olmadığı, kəşfiyyat xarakterli məlumatlar topladığı barədə ciddi narahatlıqlar var. Azərbaycanla sərhəddə yerləşərək binokllarla Azərbaycan ərazisini izləmək, məlumat toplamaq və bu prosesin məqsədlərinin tam açıqlanmaması missiyanın neytrallığına şübhə yaradır. Əgər bu, həqiqətən müşahidə missiyasıdırsa, o zaman hər iki tərəfi izləməlidir. Ermənistan ərazisindən yalnız Azərbaycan tərəfini müşahidə etmək, regionda baş verənlərə birtərəfli yanaşmaq açıq-aşkar qərəzli mövqedir və Azərbaycanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirilə bilər.

Azərbaycan öz torpaqlarını işğaldan azad edib və hazırda həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Avropa İttifaqının müşahidə missiyasının bu proseslərə müdaxilə etməsi və sərhəddə mövcudluğunu davam etdirməsi əsassız bir yanaşmadır. Missiyanın fəaliyyətinin uzadılması təkcə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə deyil, eyni zamanda Azərbaycan və Ermənistan arasında sülh prosesinə də ciddi maneələr yaradır".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
31
olaylar.az

10Mənbələr