AZ

Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə 6.1 milyon ayrıldı

“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanın icrası ilə əlaqədar layihələndirmə və tikinti işlərinə ayrılan vəsaitin həcmi açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, "Tikilməkdə olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi "Ensol" MMC ilə müqavilə bağlamağı və 6 129 833 AZN köçürməyi planlaşdırır.

 

Buraya Göyçay rayonunda diametri 630x7 mm olan borudan sifonun tikintisi, təsərrüfat daxili kanalın bərpa olunması, Yuxarı Şirvan suvarma kanalının üzərində sərfi 0,7 kbm/san nasos stansiyasının tikilməsi, D=630x10mm yeraltı təzyiqli boru xəttinin çəkilməsi, elektrik hava xəttinin çəkilməsi, 2500kva-lıq transformatorun alınıb quraşdırılması daxildir.

 

Cabir Həsənov

Tarix: 30 Yanvar 2025, 14:31   
Seçilən
26
6
pravda.az

10Mənbələr