Yaponiyanın “Toyota Motor” şirkəti artıq 5-ci ildir ki, avtomobil satışına görə dünyada birinci yeri tutur.
Modern.az xəbər verir ki, bunu avtomobil istehsalçısı olan şirkətin dərc etdiyi statistik məlumatlar sübut edib.
2024-cü ildə şirkətin satış həcminin 3,7% azalmasına baxmayaraq, “Toyota” dünya üzrə 10 821 480 avtomobil satıb. Bu, ona növbəti dəfə alman “Volksvagen”ini ötməyə və ardıcıl 5-ci il dünyada birinci yeri tutmağa imkan verib.
Ötən il Almaniya konserni dünya üzrə təxminən 9,02 milyon avtomobil satıb.
Üçüncü yeri dünya üzrə 7,23 milyon avtomobil satan Koreyanın “Hyundai Motor” şirkəti tutur.