AZ

"Toyota" qlobal avtomobil satışında ardıcıl beşinci dəfə lider oldu

Yapon avtomobil istehsalçısı “Toyota Motor” artıq beşinci ildir ki, avtomobil satışına görə dünyada birinci yeri tutur. 

 

Sfera.az xəbər verir ki, bunu yapon şirkətinin dərc etdiyi statistik məlumatlar sübut edir.

 

2024-cü ildə şirkətin satış həcmlərinin 3,7% azalmasına baxmayaraq, Toyota dünya üzrə 10 milyon 821 min 480 avtomobil satıb. Bu, ona növbəti dəfə Alman markası olan "Volkswagen"i ötməyə və ardıcıl beşinci dəfə dünyada birinci yeri tutmağa imkan verib. Alman konserni ötən il dünya üzrə təxminən 9,02 milyon avtomobil satıb, onun il ərzində satışları da 2,3% azalıb. 

 

Üçüncü yeri dünya üzrə 7,23 milyon avtomobil satan Koreyanın "Hyundai Motor" şirkəti tutur.

 

Fidan

Seçilən
0
3
sfera.az

10Mənbələr