"Vətəndaşlar, xüsusilə əsirlərin ailələri onların azadlığa çıxmaları, həmçinin əməliyyatların atəşkəs sazişi nəticəsində dayandırılması münasibətilə, şübhəsiz ki, şaddırlar. Digər tərəfdən, razılaşmanın növbəti mərhələsinin necə keçəcəyi ilə bağlı qeyri-müəyyənlik də narahatlıq yaradır. Artıq atəşkəsin 12-ci günündəyik. İkinci mərhələ üzrə danışıqlar başlamaq üzrədir, ancaq əksəriyyət bu danışıqların, ümumiyyətlə, atəşkəsin davamlılığına şübhə ilə yanaşır",- Pinkas söyləyib.
Politico:"Tramp hökuməti Qəzzada atəşkəsi qorumağa çalışır" |
Məlumat üçün bildirək ki, Qəzza zolağında İsrail ilə Fələstinin HƏMAS qruplaşması arasında atəşkəv və əsir mübadiləsi sazişinin ikinci mərhələsi ilk mərhələnin 16-cı günündə, yəni fevralın ilk günlərində başlayacaq. ABŞ, Qətər və Misir danışıqların əsas vasitəçiləridir. ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Volts və Dövlət katibi Marko Rubio danışıqların aparıcıları kimi göstərilir.
Firudin Həmidli
AzVision.az