Bərdə rayonu, Bahadır Hacıyev küçəsi sakini Məmmədov Qəzənfər Şahmar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır ki, evinə bitişik olan obyektə görə ailə üzvləri “həbs həyatı” yaşayır:
“Mən, Məmmədov Qəzənfər Şahmar oğlu, sizin sayt vasitəsilə səlahiyyətli qurumlara müraciət edirəm.
Bildirim ki, hazırda ailə üzlərim və özüm evimdə “həbs edilmişik”. Belə ki, evimə bitişik olan obyektdə yem məhsullarının satışı ilə məşğul olurlar. Gün ərzində iri həcmli maşınlar yolu kəsərək, mənim və ailə üzvlərimin evdən çıxmağına mane olurlar. Sizə fikrimi daha ətraflı izah etmək üçün çəkdiyim video-müraciəti də göndərirəm.
Məktəbə gedən nəvələrim var. Yolu görə, maşınla yola çıxa bilmirik. Hər an qəza ola bilər. Sabah məni və yaxud da ailə üzvümü yoldan keçən maşın vurub öldürsə, kim cavab verəcək?!
Dəfələrlə obyektin rəhbərliyinə müraciət etmişəm. Başa salmağa çalışmışam ki, ailə üzvləim bu yekə maşınların əlindən heç yerə gedə bilmirlər. Uşağı məktəbə tək yola sala bilmirik. Videodan da görəcəksiz ki, obyektin rəhbəri “at oynadır”. “Mənə heç kəs heç bir qadağa qoya bilməz”, - deyir.
Xahiş edirəm, mənə kömək edin. Ailə başçısı olaraq, ailəmin həyatından narahatam”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti də olduğu kimi təqdim edirik: