AZ

Kollogen necə istifadə olunmalıdır?

Kollogenin sintezinin azalması yalnız dəridə deyil, həm də oynaqlardakı qığırdaqlarda zəifləməyə səbəb olur.

Kollagen, dərinin elastikliyini artırmaq, oynaqların sağlamlığını dəstəkləmək və ümumiyyətlə bədənin kollagen ehtiyatlarını artırmaq üçün istifadə edilir. Kollogen toz, kapsul və krem şəklində istifadə oluna bilər. 

Dermatoloq Sevinc Kərimova Operativ Media-ya bildirib ki, müəyyən yaş dövründən sonra kollogen istifadəsi vacibdir:

"Kollogen dərimizə elastiklik verən əsas maddələrdən biridir. Yaş artdıqca, xüsusilə 38-40 yaşdan sonra dəridə kollogenin sintezi azalır. Buna görə də bu yaş dövründən sonra kollogenin mütəmadi istifadəsi tövsiyə olunur. Kollogenin sintezinin azalması yalnız dəridə deyil, həm də oynaqlardakı qığırdaqlarda zəifləməyə səbəb olur. Bu səbəbdən kollogenin qəbulu vacibdir.

Lakin, kollogenin istifadəsinin yan təsiri olaraq, onun uzunmüddətli və çox miqdarda qəbulu qanınızdakı xolesterol səviyyəsini artırmağa səbəb ola bilər. Xolesterol, xüsusilə yüksək və çox yüksək sıxlıqlı lipoproteinlər (HDL) və aşağı sıxlıqlı lipoproteinlər (LDL) arasında balansın pozulması ilə əlaqələndirilir. Bu vəziyyət isə damar divarlarında toplanan xolesterolun nəticəsində damarların tıxanmasına və nəticədə ürək-damar xəstəliklərinə səbəb ola bilər.

Xüsusilə, qanında lipid səviyyələri yüksək olan şəxslərin kollogen qəbul etməzdən əvvəl lipid səviyyələrini nəzarətdə saxlamaqları vacibdir. Onlar mütəmadi olaraq qan təhlilləri etdirməlidir. Bundan başqa, qidalardan da kollogen əldə etmək mümkündür. Xüsusilə toyuq, mal əti və balıq kollogenin təbii mənbələridir. Xaş kimi yeməklər bu cəhətdən çox faydalıdır. 

Seçilən
1
39
operativmedia.az

10Mənbələr