Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstanın Baş naziri Oljas Bektenovun dəvəti ilə Almatı şəhərində işgüzar səfərdədir.
Bu barədə Publika.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd olunub ki, Almatı Beynəlxalq Hava Limanında Ə.Əsədovu Qazaxıstan Baş nazirinin müavini - hökumət aparatının rəhbəri Qalımjan Koyşıbayev və digər rəsmi şəxslər qarşılayıblar.
Ə.Əsədov səfər çərçivəsində “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxış edəcək.