Azərbaycan rəqəmsal inkişafa xüsusi əhəmiyyət verir.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxışı zamanı söyləyib.
Baş nazir bildirib ki, bu il yanvarın 16-da Azərbaycanda bu sahədə görüləcək işlərin strateji prioritetlərini müəyyən edən, ölkənin rəqəmsal transformasiyasının əsas istiqamətinə çevrilən “Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqlənib.