AZ

Baş nazir Əli Əsədov: “Azərbaycan rəqəmsal inkişafa xüsusi əhəmiyyət verir”

Azərbaycan rəqəmsal inkişafa xüsusi əhəmiyyət verir.

Bu sözləri Azərbaycanın Baş naziri Əli Əsədov “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxışı zamanı söyləyib.

Baş nazir bildirib ki, bu il yanvarın 16-da Azərbaycanda bu sahədə görüləcək işlərin strateji prioritetlərini müəyyən edən, ölkənin rəqəmsal transformasiyasının əsas istiqamətinə çevrilən “Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqlənib.

Baş nazir qeyd edib ki, rəqəmsal transformasiya təkcə texnoloji proses deyil, həm də beynəlxalq əməkdaşlığı gücləndirmək üçün bir fürsətdir.

Ə.Əsədov Azərbaycanın davamlı rəqəmsal gələcəyin yaradılması istiqamətində birgə fəaliyyəti davam etdirməyə hazır olduğunu ifadə edib.

Seçilən
8
6
vergiler.az

10Mənbələr