"Son 30 ildə Azərbaycanın sürətlə inkişafı, əhali artımı baş verən müsbət dəyişikliklər nəqliyyat sahəsində də davamlı yeniliklərin olmasının zəruri edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Bu mənada ölkəmizdə nəqliyyat məsələləri hər zaman diqqətdə saxlanılıb. Buna misal olaraq son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edilib. Yeni metro stansiyaları, yol qovşaqları, tunellər, körpülər inşa olunub. Həmçinin bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilib. Kənd yolları, şəhərlərarası yollar, magistral yollar çəkilib. Sözsüz ki, Azərbaycanın sərhəd yolları da bu gün müasir standartlara cavab verir. Çünki coğrafi mövqeyinə görə, səmərəli şəkildə istifadə edilən beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycan ərazilərindən keçir. Bu baxımdan da ölkəmiz mühüm nəqliyyat qovşağı rolundadır. Ona görə də, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağındadır. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır. Eyni zamanda rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Sözsüz ki, atılan addımlar Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevrilməsini təmin edib".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31