AZ

HƏMAS daha iki israilli girovu və beş tailandlını girovluqdan azad etdi

Fələstinin HƏMAS hərəkatı girov saxladığı iki israilli və beş tailandlını Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verib.

hakimiyyet.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, israilli girovlar - 29 yaşlı Arbel Yehud və 80 yaşlı Qadi Mozes Qəzzanın cənubundakı Xan-Yunisdə BQXK-nın zabitlərinə təhvil veriliblər.

Arbel Yehud 7 oktyabr 2023-cü ildə ortağı Ariel Kunio ilə birlikdə qaçırılıb. Qız İsrailin sağ olduğuna inandığı son əsir götürülmüş İsrail vətəndaşıdır. Yehud İsrailin cənubunda kosmos tədqiqatları və texnologiyalarla məşğul olan "GrooveTech" innovativ tədris mərkəzində bələdçi kimi çalışıb.

Qadi Mozes Nir-Ozda kəndindəki evindən qaçırılıb, onun həyat yoldaşı isə HƏMAS silahlıları tərəfindən öldürülüb. Mozes kəndin qurucularından biri olub və aqronom kimi tanınıb.

15:52

Qəzza zolağında əsirlikdən azad edilən girovlardan biri, İsrail Müdafiə Qüvvələrinin (SAXAL) əsgəri Aqam Berqer Qırmızı Xaç Cəmiyyətinə təhvil verilib, hazırda sərhədi keçib və ölkə ərazisindədir.

hakimiyyet.az-ın xəbərinə görə, bu barədə SAXAL-ın mətbuat xidmətindən məlumat verilib.

"Girovluqdan qayıdan SAXAL əsgəri Aqam Berqer İsrail ordusunun qüvvələri ilə birlikdə sərhədi keçib və hazırda ölkənin cənubundakı ilkin qəbul mərkəzinə gedir, orada valideynlərinə qovuşacaq", - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, Aqam Berqer 2023-cü il oktyabrın 7-də oğurlanıb və 482 gün girovluqda saxlanılıb.

İsrailin Baş naziri Benyamin Netanyahunun dəftərxanası bəyan edib ki, İsrail hökuməti və təhlükəsizlik xidmətləri ona (Aqam Berqer - red.) və ailəsinə hərtərəfli dəstək verəcək.

"İsrail hökuməti bütün oğurlanmış və itkin düşmüş şəxslərin geri qaytarılmasına sadiqdir", - deyə qurum əlavə edib.

Xatırladaq ki, Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində 2023-cü il oktyabrın 7-də radikallar tərəfindən girov götürülən daha iki İsrail vətəndaşının - 80 yaşlı Qadi Mozesin və Arbel Yehudun bu gün azad edilməsi gözlənilir. İsrail onların müqabilində 110 fələstinli məhbusu həbsdən azad edəcək.

Bundan əlavə, ayrı-ayrı razılaşmalara əsasən, beş Tailand vətəndaşı da qeyd edilən tarixdə Qəzza zolağından azad oluna bilər.

Seçilən
7
50
hakimiyyet.az

10Mənbələr