Çempionlar Liqasında "Real Madrid"in "Brest"i 3-0 hesabı ilə məğlub etdiyi matçda Arda Gülerlə bağlı görüntülər diqqət çəkib. Metbuat.az xəbər verir ki, Arda Güler 72-ci dəqiqədə Brahim Diazın yerinə oyuna daxil olub. Matçdan sonra Arda Türkiyə bayrağı açan türk azarkeşlərə yaxınlaşıb. Məlumata görə, futbolçu bayraq açan azarkeşə öz formasını verib. Arda, pərəstişkarlarının “Səni qucaqlaya bilərəmmi?” istəyinə də razılıq verib. Həmin anlar Çempionlar Liqasının yayımçısının kamerasından canlı olaraq ekrana əks olunub. Qeyd edək ki, "Real Madrid"in "Brest" oyununda Rodriqo 27-ci dəqiqədə fərqlənib. 56-cı dəqiqədə Bellinqhem hesabı 2-0 edib. 78-ci dəqiqədə Rodriqo daha bir dəfə fərqlənib. Bu nəticədən sonra "Real Madrid" qrup mərhələsini 15 xalla 11-ci pillədə tamamlayıb. “Brest” 13 xalla 18-ci yerdə qərarlaşıb.