AZ

İrəvan Azərbaycanla sülh gündəliyi istiqamətdə səylərini davam etdirəcək

Ermənistan hökuməti Azərbaycanla sülh gündəliyinin həyata keçirilməsinə tam sadiqdir. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə keçirdiyi brifinqdə deyib.

Ermənistan hökumətinin başçısının sözlərinə görə, İrəvan bu istiqamətdə səylərini davam etdirəcək.

O, həmçinin bildirib ki, bugünkü danışıqlarda Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinin gedişi, əldə olunmuş razılaşmalar barədə Kobaxidzeyə məlumat verib.

Paşinyan həmkarı ilə görüşdə Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası məsələlərini də müzakirə edib.

Ağarza Elçinoğlu

Seçilən
4
26
unikal.az

10Mənbələr