AZ

ABŞ-dəki təyyarə qəzası - Kənar müdaxilə yoxsa səhlənkarlıq?

Xəbər verdiyimiz kimi, Vaşinqtonda 60 sərnişin və dörd ekipaj üzvünü daşıyan "American Airlines" təyyarəsi Reyqan milli hava limanına enməyə cəhd edərkən göyərtəsində üç əsgərin olduğu ABŞ ordusuna məxsus "Black Hawk" helikopteri ilə toqquşub.

Qeyd edək ki, indiyədək Potomak çayından 30-dan çox meyit çıxarılıb.

Bu qəza ağıllara müəyyən suallar gətirir: qəza, kənar müdaxilə yoxsa səhlənkarlıq?

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Ərəstun Oruclu hadisənin qəza olduğunu deyib.

(Ərəstun Oruclu)

"Bildirilib ki, helikopterin pilotları səhvə yol veriblər və təyyarə üçün dəhlizi boşaltmayıblar. Ona görə də, toqquşma baş verib. Düşünmürəm ki, bunun arxasında hansısa bir müdaxilə olsun. Elə bir şey olarsa, ABŞ-də təhqiqat çox güclüdür, onlar axtarıb tapacaqlar, ancaq inandırıcı görünmür.

Ümumiyyətlə, son vaxtlar təyyarə qəzaları hər yerdə kifayət qədər çox olub. Düşünmürəm ki, burada hansısa bir qəsd və ya müdaxilə ola", - deyə o qeyd edib.

Günel Məlikzadə

Seçilən
5
32
news24.az

10Mənbələr