"Football-plus.az" xəbər verir ki, komanda bu dəfə səfərdə Xorvatiya ilə üz-üzə gələcək. Matçın hazırlığını Pula şəhərində davam etdirən millimizin təcrübəli üzvü Tofiq Mikayılov "azfutzal.az"a danışıb:
"Bakıda iki gün ərzində 4 məşq keçirdik. Vaxt az olsa da, məşqçinin dediklərini yerinə yetirməyə çalışdıq. Dünən isə oyunun keçiriləcəyi arenada ilk hazırlığımızı reallaşdırdıq. Bugünkü məşqlə matça hazırlığı yekunlaşdıracağıq. Təbii ki, bu müddət ərzində daha çox taktiki planda tapşırıqları yerinə yetirdik. Qalır bunları oyunda tətbiq etmək.
Rəqibə gəlincə, Xorvatiya millisinin gücü hər kəsə məlumdu. Müdafiədə və hücumda kompakt oynayırlar. Texniki baxımdan da heyət üzvləri seçilir. Sonuncu dünya çempionatının final mərhələsində də iştirak ediblər. Bir sözlə, qrupumuzun favoritinə qarşı oynayacağıq.
Öz komandamıza gəldikdə, yaxşı kollektivimiz var. Ölkə çempionatının oyunlarında seçilən, fərqlənən futzalçıların hamısı heyətə cəlb olub. Zədə səbəbindən 1-2 futzalçımız kənarda qalıb. Komandamız təcrübəli və gənc oyunçulardan formalaşıb. Rəqibin güclü olduğunu dərk edirik, ancaq biz də yaxşı nəticə qazanmaq istəyirik. Qalır oyun zamanı bu istəyimizi reallaşdırmaq. Baş məşqçi onları analiz edib, zəif və güclü tərəflərini deyəcək".