AZ

Arteta və Qvardiola Premyer Liqada ayın məşqçisi adı uğrunda mübarizə aparacaqlar

Premyer Liqada yanvarın baş məşqçisi adına namizədlərin adlarını açıqlayıb.

90deqiqe.Az-ın turnirin mətbuat xidmətinə istinadən məlumatına görə, ən yaxşı məşqçi dörd nəfər arasından seçiləcək - Mikel Arteta ("Arsenal"), Xosep Qvardiola ("Mançester Siti"), Andoni İraola ("Bornmut") və Eddi Hau ("Nyukasl").

"Arsenal" hazırda liqa cədvəlində ikinci yeri qoruyub saxlamağı bacarıb, "Siti" isə yanvar ayında qazandığı qələbələr sayəsində Çempionlar Liqası zonasına yüksəlib. "Nyukasl" və "Bornmut" Premyer Liqa cədvəlinə inamla başçılıq edirlər.

Daha əvvəl Premyer Liqa başa çatan yanvar ayının ən yaxşı oyunçusu adına namizədlərin adlarını açıqlamışdı. Siyahıya yeddi ad daxil idi, onlardan ikisi "Bornmut"u təmsil edir.

Seçilən
36
50
90deqiqe.az

10Mənbələr