“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 23-cü turunda “Çelsi”yə qarşı keçirdikləri ev oyununu şərh edib.
Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Üç xal. Bizim bu xallara ehtiyacımız vardı. Biz topla daha yaxşı oynadıq və bir çox başqa baxışlarda daha yaxşı idik.
Duyğusal baxımdan futbolçular yaxşı oynadılar. Biz “Çelsi”nin nə qədər istedadlı komandaya malik olduğunu bilirik. Əla idi.
Yaşlı komandamız olduğuna görə yorulmuşuq. Biz çətin dövrdən keçirdik, “İpsviç Taun”la oynadıq (6:0), üç gün əvvəl Parisdə oynamışdıq (PSJ ilə Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci tur oyunu – 2:4), bu, çox ağır fiziki yükdür.
Son vaxtlar bəzi çətinliklərimiz olub. Bu, çox çətin mövsümdür. Futbolçuların çoxu 8-9 ildir bu komandadadırlar, mən isə iki ay ərzində onlar haqqında fikrimi dəyişməyəcəyəm.
Biz anlamalıyıq ki, gördüyümüz iş kifayət deyil. Mən oyunçulardan özlərini sübut etmələrini xahiş edirəm – onlar isə bunu etdilər. Biz kifayət qədər çox qol imkanları yaratdıq və mən qələbədən çox məmnunam.
Əgər ötürmələr etməsək, Premyer Liqanın ən pis komandalarından birinə çevrilirik. Sağ qalmaq uğrunda mübarizə üçün bizim, topa ehtiyacımız var”, deyə Qvardiola vurğulayıb.
Xatırladaq ki, “Mançester Siti” doğma meydanda qarşılaşdığı “Çelsi” ilə oyundan 3:1 hesablı əzmkar qələbə ilə ayrılıb. Keçirdiyi 23 oyunda 41 xal toplamış “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Çelsi” isə 40 xalla 6-cı pillədədir.
Premyer Liqaya 22 oyundan 53 xalla “Liverpul” başçılıq edir.