“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 23-cü turunun “Fulhem”lə səfər oyununu (1:0) şərh edib.
Arena.az BBC-yə istinadən, portuqal mütəxəssin bu barədə qənaətini təqdim edir:
“Səfər oyunlarında özünü rahat hiss etmək çox vacibdir. Azarkeşlərimiz bizi səfər oyunlarında əla dəstəkləyirlər.
Biz heç də ən yaxşı oyunumuzu keçirmədik. Komanda öz futbolunu oynamağa çalışdı, amma hələ də çox xüsusu yaxşılaşdırmaq gərəkdir. Yekunda, biz qalib hesabı qoruyub-saxlaya bildik – indi qələbə qazanmaq bizim üçün həqiqətən vacibdir”, deyə Amorim vurğulayıb.
23 oyunda 29 xal toplamış “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 12-ci pilləsində qərarlaşıb. “Fulhem” isə 33 xalla 10-cu pillədədir.
Premyer Liqaya 22 oyundan 53 xalla “Liverpul” başçılıq edir.