“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda “Reyncers”lə ev oyununu şərh edib.
Arena.az məlumat verir ki, “qırmızı şeytanlar” 2:1 hesablı vacib qələbə qazanıblar.
“Biz bu işin öhdəsindən yaxşı gəldik, topa daha yaxşı nəzarət etdik. Düşünürəm ki, oyuna yaxşı başladıq və sonra bəzi səhv qərarlara görə nəzarəti itirdik. Çoxlu fürsətlərimiz oldu, buraxılmış qola qədər biz ikinci qola da yaxın idik, amma ardınca rəqib bərabərliyi yaxaladı.
Biz ən yaxşı oyunu göstərmirik, amma son oyunla müqayisədə biz yenidən qurula bilmişik”, – “TNT Sports” dərgisi portuqal mütəxəssisdən sitat gətirir.
7 oyundan 15 xalla “Mançester Yunayted” Avropa Liqasının Liqa mərhələsinin yarış cədvəlində 4-cü pillədə qərarlaşıb. “Qırmızı şeytanlar” yarışın ələmə mərhələsinə birbaşa vəsiqəni – 1/8 finala yüksəlişi hədəfləyiblər.
“Reyncers” isə 11 xalla 13-cü pillədə qərarlaşıb.