AZ

Karlo Ançelotti “Valyadolid” üzərində qələbəni şərh etdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 21-ci turunda autsayder “Valyadolid”lə səfər oyununu (3:0) şərh edib.

Arena.az “Marca” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə qənaətini təqdim edir:

“Biz tarazlığımızı qorumalıyıq. Çempionat hər şeyin bitdiyini düşünmək üçün çox uzundur. İndi azacıq üstünlüyüə malikik və bundan yararlanmağa ümidvarıq. Xal qazanmaq vacibdir, hər oyunda qələbə üçün mübarizə aparmaq gərəkdir. Bütün komandalar qalib gəlməyə çalışırlar. Siz asan oyun olduğunu düşünə bilərsiniz, amma bizim üçün bu, dərhal belə olmadı. Mbappe bizə çox şey verir. O, nəbzi artırır və aydındır ki, bu, bizim üçün bir üstünlükdür”, deyə Ançelotti vurğulayıb.

Əlavə edək ki, “Real”ın hər üç qolunun müəllifi “qaymaqlılar”ın fransalı ulduz hücumçusu Kilian Mbappe olub. Mbappe “Real”ın heyətində ilk het-trikini rəsmiləşdirib.

Karlo Ançelotti yarış cədvəlində “Real”ın ehtiyada bir oyunu olan “Barselona”nı 10 xal qabaqlamasına dair mövqeyini də açıqlayıb:

“Çempionatda “Barselona” ilə aramızdakı fərq? “Real” sakit olmalı və tələsik qərarlardan qaçmalıdır”, deyə Ançelotti vurğulayıb.

21 oyunda 49 xal toplamış “Real” İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir. “Valyadolid” isə 15 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.

La Liqanın yarış cədvlinin 2-ci pilləsində 21 oyundan 45 xalla Madrid “Atletiko”su, 3-cü pilləsində isə 20 oyundan 39 xalla “Barselona” yer alıb.

Seçilən
14
25
arena.az

10Mənbələr