“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın sükanı arxasında öz oyun fəlsəfəsini dəyişməyəcəyini bildirib.
Arena.az “Mançester Yunayted”in rəsmi saytına istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mənə gəlincə, oyuna baxışımı dəyişmək fikrində deyiləm. Mən bu xüsusun çox aydın fərqindəyəm. Futbolçular əziyyət çəkəcəklər, azarkeşlər əziyyət çəkəcəklər. Çox üzr istəyirəm, amma hər şeyi etmək üçün yalnız bir yol var. Biz bu məqamı keçməliyik və hamı nə edəcəyimizi bilir.
Bu vəziyyəti izah etmişəm. Mən elə, oynadığım kimi oynayacağam, çünki əvvəldən də fikrim belə idi. Azarkeşlərlə, idarə heyəti ilə və hər kəslə hər bir xüsus haqqında çox açıq danışmışam. Məndən nə gözlədiklərini bilirdilər. Amma əsas olanı bu deyil, bu qədər oyunda məğlub olmaq yolverilməzdir. Beş oyunda evdə dörd məğlubiyyət, bir qələbə – bu, istənilən klub üçün çox çətindir. Biz təkmilləşməliyik”, deyə Ruben Amorim vurğulayıb.
22 oyundan 26 xalla “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.