“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın əfsanəvi çalışdırıcısı Aleks Ferqyusonla görüşündən söhbət açıb.
Arena.az “Mançester Yunayted”in rəsmi saytının “Radio 5 Live” radiosuna istinadı əsasında, portuqal mütəxəssisin şotland mütəxəssislə görüşü haqda təəssüratını təqdim edir:
“Mən ser Alekslə bir neçə dəfə danışmışam. Klubun tarixi ilə tanışam, amma hazırda “Mançester Yunayted”in baş məşqçisi olmaq çox çətindir. Çox çətindir, amma mən inanmalıyam. Mən müsbət avazı qoruyub-saxlamaq üçün ona zəng etməyə çalışıram”, deyə Ruben Amorim bildirib.
22 oyundan 26 xalla “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədəvlinin 13-cü pilləsində qərarlaşıb.