AZ

Tramvay xətlərinin çəkilməsi tıxac probleminin həllinə necə təsir göstərəcək?

Bakı.Trend:

Ötən günlərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarəHeyətinin sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuşmüşavirədə çıxışı zamanı qeyd etdi ki, Mehdiabad və “Sea Breeze”əraziləridə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdətutulub.

"Bakıda iki yaşayış sahəsinin - Mehdiabad və “Sea Breeze”ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isəartıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulmuşdur. “SeaBreeze”dən tramvay xətti çəkilərək Pirşağı stansiyası iləəlaqələndiriləcək və orada bir hab yaradılacaq. Mehdiabad-Binəqədiistiqamətindən isə metronun “28 May” stansiyası iləəlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki,sərnişinlərə xidmət göstərilə bilsin", - deyə o bildirib.

Bəs, tramvay xətlərinin çəkilməsinin mövcudnəqliyyat və tıxac probleminin həllinə necə təsirgöstərəcək?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan nəqliyyat məsələləriüzrə ekspert Yasin Musatafayev bildirib ki,nəqliyyat sferasında atılan adımlar bizə ümid verir ki, yüksəksəviyyədə siyasi iradə göstərilərək məsələlərin həlli istiqamətindəçalışılır.

"Bu məsələnin əsas prioritetləri ictimai nəqliyyatın işininoptimallaşdırılmasıdır. Tramvay xətlərinin şəhər mərkəzində,yaşayış məntəqələrində, iş yerlərinə yaxın olması o qədər məsləhətdeyil, çünki səs kirliliyi yaradır, müəyyən mənfi təsirləri olur.Amma qəsəbələr arası, həmçinin Bakı ətrafı, kəndlər arasında olmasıçox böyük perspektiv vəd edir.

“Sea Breeze” yaşayış massivindən, eyni zamanda Mehdiabadqəsəbəsindən keçməklə yaradılacaq tramvay xətti də ümid edirik ki,ictimai nəqliyyatın işinin optimallaşdırılmasında, eyni zamanda danəqliyyat sıxlığının azalmasında mühüm addım olacaqdır", - deyə obildirib.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovisə Trend-əaçıqlamasında qeyd edib ki, “Sea Breeze”in metrolara və yaxud böyükvə hərəkət sıxlığı olan ərazilərə çıxışı yoxdur.

"Koroğlu metrostansiyasına qismən yaxındır, amma bu da yetərlideyil. Əsas, yəni şəhərin mərkəz əraziləri olan 28 May, Azadlıq,Gənclik metrostansiyası kimi hərəkət axınlarının intensivliyi olanərazilərə çıxışı yoxdur. Tramvay, metro kimi nəqliyyatvasitələrinin olması, təbii ki, tıxaca təsir edəcək. Sözügedənərazilərə tramvay xətlərinin çəkilməsi bəhrəsini verəcək.

Müsbət tərəfi olacaq ki, sərinşinlərin və axınların idarəedilməsi mütəşəkkil bir şəkildə davam edəcək", - deyə ovurğulayıb.

Məqalədə:
Seçilən
0
28
az.trend.az

10Mənbələr