Tramp FTB-yə ultimatum verib
ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbər heyətinin istefaya getməsini tələb edib.
Reyting.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Tramp administrasiyası dəyişikliklərin “FTB rəhbərliyinin fəaliyyəti ilə bağlı davam edən təhqiqatın bir hissəsi” olduğunu açıqlayıb.
Tramp əvvəllər FTB-nin “Kristofer Reyin işi” zamanı öz səlahiyyətlərindən amerikalıları “təhdid və məhv etmək üçün istifadə etdiyini” bildirib.
ELÇİN