Donald Tramp administrasiyası FTB-nin yüksək rütbəli məmurlarına müraciət edərək istefaya getməyi tələb edib.
Publika.az xəbər verir ki, bu barədə Amerikanın CBS telekanalı üç məlumatlı mənbəyə istinadən məlumat yayıb.
“Dəyişiklik FTB rəhbərliyinə, o cümlədən əsas sahələrə - kibertəhlükələrə, cinayətlərin qarşısının alınmasına və milli təhlükəsizliyə nəzarət edən bir neçə yüksək rütbəli məmura təsir edəcək”, - telekanal qeyd edib.
Mənbələrin dediyinə görə, dəyişiklik qərarı FTB rəhbərliyinin administrasiya tərəfindən davam edən auditindən sonra verilib.