AZ

Tramp: Qəzaya uğrayan təyyarədə sağ qalan yoxdur

Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp təyyarə qəzasının səbəblərindən danışıb: nədənsə vertolyot sərnişin təyyarəsi ilə eyni hündürlükdə olub və bu, faciəni əvvəlcədən müəyyənləşdirib.

Tramp bildirib ki, sərnişin təyyarəsinin ekipajı düzgün hərəkət edib, qəzaya əsasən helikopter səbəb olub.

“Çox istedadlı insanlar”: Vaşinqtonda qəzaya uğrayan təyyarənin göyərtəsində ruslar olub, onlar həlak olublar, – Tramp

ABŞ prezidenti həmçinin əlavə edib ki, ölkə cəsədlərin Rusiyaya təhvil verilməsinə kömək edəcək.

***

Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşduğu ərazidən 30-dan çox adamın meyiti çıxarılıb.

Bu barədə xilasetmə işləri ilə tanış olan iki mənbə NBC-yə bildirib

Qeyd edilib ki, Potomak çayından 30-dan çox meyit çıxarılıb.

Bildirilib ki, xilasetmə əməliyyatı çətin şəraitdə davam edir. Qeyd edək ki, Vaşinqtonda gecə vaxtıdır, səhər hələ açılmayıb

***

Reyqan hava limanı üzərində toqquşmuş sərnişin təyyarəsi və hərbi helikopterin qalıqları Potomak çayında tapılıb.

***

“American Airlines” xəbər verir ki, təyyarədə 64 nəfər olub: 60 sərnişin və 4 ekipaj üzvü. ABŞ ordusunun verdiyi məlumata görə, helikopterdə üç əsgər olub. Onlar əlavə ediblər ki, qəzaya uğrayan helikopter Virciniya ştatında yerləşən UH-60 “Black Hawk” olub. Ordu helikopteri təlim uçuşunda idi, Associated Press xəbər verir.

“Washington Post” mənbələrə istinadən xəbər verir ki, polis sudan “çoxlu cəsədlər” çıxarıb, lakin hələ də sağ qalanlar tapılmayıb. Texasdan olan senator Ted Kruz “ölənlər var” desə də, onların sayı barədə məlumat verməyib.

Axtarış-xilasetmə əməliyyatında Potomak çayında təyyarə və helikopter sərnişinlərinin axtarışı üçün qayıqlardan istifadə edən onlarla polis, təcili yardım və fövqəladə hallar xidmətinin əməkdaşları iştirak edir.

Xilasetmə əməliyyatı zamanı Vaşinqton hava limanında təyyarələrin qalxması və enişi dayandırılıb.

***

“American Airlines”-ə məxsus 5342 nömrəli reys (American Eagle) DCA hava limanına yaxınlaşarkən Potomak çayı üzərində Vaşinqton DC Polisinin helikopteri ilə toqquşub. AA 5342 təyyarəsi “Bombardier” CRJ700 modelidir və 68-73 sərnişin tutumuna malikdir.

***

Vaşinqtonda Reyqan hava limanı yaxınlığında hərbi helikopter regional təyyarə ilə toqquşub, Ağ Ev bildirib.

ABŞ aviasiya tənzimləyicisi bildirib ki, Vaşinqton hava limanı yaxınlığında 70 sərnişini qəbul edə bilən “Bombardier” sərnişin təyyarəsi və “Black hawk” helikopteri toqquşub.

“Amerikan Airlines” məxsus regional təyyarə Vaşinqtonda qəzaya uğrayıb. O, Kanzasdan uçurdu və yerə enərkən hərbi helikopterlə toqquşub, sonra çaya düşüb. Qurbanların sayı məlum deyil.

Seçilən
0
50
veteninfo.az

10Mənbələr