AZ

Fransanın sonuncu hərbi bazası Çaddan çıxarıldı

Fransa sonuncu hərbi bazasını Çad ordusuna təhvil verərək, bu ölkədə hərbi mövcudluğunu tamamilə dayandırıb. Məlumatı “Anadolu” verib. 

Çad Baş Qərargahından verilən açıqlamada Fransanın paytaxt Ensemine şəhərində yerləşən Adji Kossey bazasına nəzarətin Çad ordusuna keçdiyi bildirilib. Məlumatda deyilir: “Adji Kossey bazasının ələ keçirilməsi Fransa qoşunlarının Çadda mövcudluğunun tamamilə dayandırılmasını təmin etdi. Bu tapşırıq prezident Mohamed İdriss Deby Itnonun iradəsinə və Çad xalqının tələblərinə uyğun olaraq həyata keçirilib”.

28 noyabr 2024-cü ildə Çad hökuməti Fransa ilə imzalanmış müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında müqaviləni ləğv etmək qərarını açıqlamışdı. Bundan sonra Fransanın hərbi təyyarələri və hərbi hissələri ölkəni tərk etməyə başlayıb. Fransız hərbçilərinin yerləşdiyi Faya hərbi bazası 2024-cü il dekabrın 26-da, Abeche hərbi bazası isə bu il yanvarın 12-də Çad ordusuna təhvil verilib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
0
6
xalqqazeti.az

10Mənbələr