AZ

Gürcüstan prezidenti Rusiya ilə münasibətlərdən danışdı – “İşğal müvəqqətidir”

“Bu işğal müvəqqətidir, biz vahid, inkişaf etmiş Gürcüstanda birgə yaşaya biləcəyimizə ümid edirik”.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili İsveçrənin “Neue Zürcher Zeitung” nəşrinə müsahibəsində deyib.

O, Gürcüstanın böyük dövlətlərin qarşıdurma meydanına çevrilmək istəmədiyini bildirib.

“Rusiya Gürcüstan ərazilərini işğal edib, bizim diplomatik münasibətlərimiz yoxdur, sadəcə ticarət əlaqələrimiz var. Gürcüstanın sülh siyasəti bizim üçün əsasdır. Bu prinsip hamıya aiddir. Biz coğrafi mövqeyimiz sayəsində bir növ körpü rolunu oynamaq istəyirik. Sülh siyasətimizin Rusiya üçün də başa düşülən etmək istəyirik”, - dövlət başçısı söyləyib.

M.Kavelaşvili qeyd edib ki, kimsə başqa fikirdə olanda, düz danışanda ona avtomatik olaraq Rusiyapərəst adı verilir: “Bu termin Gürcüstanda ağrılı şəkildə qəbul edilir, çünki qonşumuz ərazilərimizin bir hissəsini işğal edib. Belə klişelər keçmişdə qalmalıdır”.


Müəllif: Cəmilə Babayeva
Seçilən
1
8
teleqraf.com

10Mənbələr