Vaşinqtonda baş verən təyyarə qəzasında həlak olanlar arasında 3 Rusiya vətəndaşı da var, təyyarə qəzasının daha bir qurbanının Rusiya vətəndaşlığı dəqiqləşdirilir.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O xatırladıb ki, qəzaya uğrayan təyyarənin göyərtəsində həmyerliləri, o cümlədən Rusiya fiqurlu konkisürmə üzrə komandanın tərkibində dünya çempionları: Yevgeniya Şişkova, Vadim Naumov, həmçinin ABŞ-da işləyən məşqçi İnna Volyanskaya da olub.
"Səfirliyimiz bu məsələlərin bütün spektri üzrə ABŞ Dövlət Departamenti ilə əlaqə saxlayır", - diplomat qeyd edib.
Cümə axşamı Ronald Reyqan Milli Hava Limanına yaxınlaşan 3 ekipaj üzvünün olduğu "Black Hawk" hərbi helikopteri 60 sərnişin və 4 ekipaj üzvünün olduğu "American Airlines" təyyarəsi ilə toqquşub. Təyyarənin qalıqları Potomak çayına düşüb.
Telegram kanalımız