AZ

"Ermənistan Aİ-yə üzvlük kursunu qəbul edərsə..." - Zaxarova

"Ermənistan Aİ-yə üzvlük kursunu qəbul edərsə, Aİİ-dəki bütün üstünlüklərini itirəcək".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Onun sözlərinə görə, bu mövzu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yanvarın 21-də Moskvaya səfəri zamanı da müzakirə olunub. Zaxarova 2015-ci ildən bəri Ermənistandan Aİİ ölkələrinə ixracın 10 dəfədən çox artdığını vurğulayıb: "Aİİ-yə üzvlük Ermənistan və digər üzvlər üçün ciddi iqtisadi üstünlüklər verir, İrəvan da bunu elan edir. Avropa İttifaqına üzvlük kursuna gəlincə, qeyd etmək istərdim ki, bu halda bütün bu üstünlüklər itiriləcək. Əgər siz həmin ittifaqın üzvü deyilsinizsə, müvafiq üstünlüklərdən istifadə etmək imkanınız yoxdur".

Diplomat qeyd edib ki, bu, Ermənistanın suveren hüququdur. Rusiya vəziyyəti yalnız səmimi şəkildə təqdim edir.

Ağarza Elçinoğlu

Mənbə: unikal.az

Seçilən
0
50
unikal.az

10Mənbələr