Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 28-də iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Şamaxı, İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşlarla görüşəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş saat 11:00-dan etibarən Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsi 178 ünvanında, Yeni Azərbaycan Partiyasının Ağsu rayon təşkilatının inzibati binasında keçiriləcək.
Görüşə gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya “195-1 - Çağrı Mərkəzi”nə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.