AZ

Azərbaycan Premyer Liqası: Tovuzda avrokubok mübarizəsi

Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları davam edir.

Publika.az xəbər verir ki, bu gün daha 2 oyunu keçiriləcək.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan iki komanda - “Turan Tovuz” və “Zirə” birincilərin meydanında üz-üz gələcək. Digər görüşdə isə ikinci sırada qərarlaşan “Araz-Naxçıvan” bu mövsüm işləri yaxşı getməyən “Sabah”ı qəbul edəcək.

Qeyd edək ki, ötən gün tura start verilib. “Şamaxı” “Səbail”i, “Qarabağ” isə “Sumqayıt” 2 cavabsız qolla məğlub edib. Hesabat turuna sabah keçiriləcək “Kəpəz” – “Neftçi” matçı ilə yekun vurulacaq.

Seçilən
406
50
publika.az

10Mənbələr