AZ

Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək

Misli Premyer Liqasının XXV turu çərçivəsində bu gün iki matç keçiriləcək.

BAKU.WS xəbər verir ki, ilk oyun 4 mart tarixində saat 17:30-da Tovuz şəhər stadionunda baş tutacaq. "Turan Tovuz" ev sahibi kimi "Zirə"ni qəbul edəcək. 

İkinci matç isə "Bank Respublika Arena"da saat 19:30-da keçiriləcək. Bu oyunda Bakı klubu "Sabah", Araz-Naxçıvanı qonaq kimi qarşılayacaq. 

Misli Premyer Liqası

III dövrə, XXV tur

4 mart

17:30. "Turan Tovuz" – "Zirə"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Anar Şixəliyev.

Tovuz şəhər stadionu

19:30. "Sabah" – "Araz-Naxçıvan"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.

VAR: Tural Qurbanov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

"Bank Respublika Arena"

Qeyd edək ki, ötən gün "Şamaxı" səfərdə "Səbail"i, "Qarabağ" isə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib. Tura martın 5-də keçiriləcək "Kəpəz" - "Neftçi" matçı ilə yekun vurulacaq.

Seçilən
317
6
far.az

10Mənbələr