Olaylar.az xəbər verir ki, o, bu barədə NDTV kanalına müsahibəsində qeyd edib. Hindistana səfəri zamanı Qabbard bildirib ki, Tramp münaqişəyə son qoymaq üçün sülh tərəfdarıdır:
"Mən əminəm ki, münasib vaxtda prezident Tramp Putinlə çox məhsuldar bir söhbət aparacaq və bu, onun sülhə sadiqliyini bir daha təsdiq edəcək."
Onun sözlərinə görə, Tramp müharibəyə son qoymağı əsas prioritet hesab edir və bu məsələdə aydın mövqeyə malikdir. Qabbard vurğulayıb ki, ABŞ lideri artıq münaqişənin həlli istiqamətində addımlar atıb və Vaşinqton danışıqlardakı irəliləyişi məmnunluqla qarşılayır.
"Tramp bu danışıqlardan öz maraqları üçün deyil, sülh naminə uğur gözləyir. Onun ən yaxşı danışıqlar aparan komandası həm ukraynalılar, həm də Rusiya və Putinlə işləyir, və biz artıq qısa müddətdə müsbət nəticələr görürük," - deyə o əlavə edib.
ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri həmçinin qeyd edib ki, əvvəlki Amerika administrasiyası münaqişənin həlli üçün heç bir ciddi təşəbbüs göstərməyib:
"Əvvəlki administrasiya nə Putinə, nə də Rusiyaya birbaşa dialoq təklif edərək müharibəyə son qoymağa cəhd edib."
Zeynəb Mustafazadə