AZ

Bakıda hərbi sursat aşkarlandı – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, 7-ci köndələn küçəsində hərbi sursatların aşkar edilməsi barədə ilkin məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra xüsusi təlim görmüş itin tətbiqi ilə aparılan əməliyyat nəticəsində döyüş tətbiqinə yararlı 21 ədəd F-1 əl qumbarası, 9 ədəd 7×62 mm-lik mərmi və 1 ədəd təlim üçün F-1 əl qumbarası aşkar edilib.

Aşkar edilmiş sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Seçilən
42
21
konkret.az

10Mənbələr