AZ

Novruz bayramında işləyən banklar

Novruz bayramında işləyən banklar

Qarşıdan Novruz bayramı gəlir.

Bayram günləri ilə əlaqədar 20 – 31 mart 2025–ci tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcək.

Bu barədə Qlobal.net Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 17 bankın 212 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 30 poçt filialı və şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 8 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 2-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

 

 

 

Seçilən
57
49
qlobal.net

10Mənbələr