Bakı, 18 mart, AZƏRTAC
Martın 20-dən 31-dək olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 17 bankın 212 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 30 poçt filialı və şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 8 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 2-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.
Bayram günlərində iş qrafiki:
Banklar - https://uploads.cbar.az/press-releases/046ea175d0808c24cff95ca15.pdf
“Azərpoçt MMC - https://uploads.cbar.az/press-releases/fda46b8b074a19358596848be.pdf
Valyuta mübadilə məntəqələri - https://uploads.cbar.az/press-releases/c8adadb969b53134172e58057.pdf