Qazaxda kişi itkin düşüb.
Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, 31 yaşlı Tamerlan Mustafa oğlu Sadıqov martın 20-də axşam saatlarında Aşağı Salahlı kəndində yerləşən ata evindən dostları ilə görüşmək məqsədilə evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə onun atası polisə müraciətində bildirib.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Telegram kanalımız