AZ

ABŞ-nin mümkün defolt tarixi açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2025-ci ilin iyul ayının ortalarında ABŞ-nin hesabları ödəmək üçün pulu qurtara və ölkə defolt elan etməyə məcbur ola bilər.
Oxu.Az-ın "New York Times"a istinadən xəbər verdiyinə görə, bu proqnoz İkipartiyalı Siyasət Mərkəzinin ekspertləri tərəfindən irəli sürülüb.
Lakin bu, yalnız Konqresin dövlət borcunun limitini bir daha artırmaması halında baş verəcək. Nəzərdə tutulan defoltun qarşısını almaq üçün Konqresin dövlət borcunun limitini yenidən artırması lazımdır.
Qeyd edək ki, 2023-cü ilin iyununda qanunvericilər dövlət borcunun 31.4 trilyon dollar limitini 2025-ci il yanvarın 1-dək dayandırmaq qərarına gəlmişdilər. Hazırda bu borc 37 trilyon dollara yaxınlaşır.
Seçilən
79
50
oxu.az

10Mənbələr