Əmək qabiliyyətli əhalinin sayının azalması ilə əlaqədar Rusiyada vergi yükü və əmək bazarında gərginlik artacaq.
Publika.az “Moskva 24” telekanalına istinadən xəbər verir ki, bu haqda kadrlar üzrə ekspert və kadr seçimi və inkişafı agentliyinin rəhbəri Harri Muradyan danışıb.
“İşləyən vətəndaşlar ölkə büdcəsinə fərdi gəlir vergisi ödəyir və bu adamlar azalanda onların sayəsində daxil olan vəsaiti haradansa təmin etmək lazım gələcək”, - deyə ekspert bildirib.
O vurğulayıb ki, bu səbəbdən bir çox işəgötürən əmək haqqının bir hissəsini rəsmi, digər hissəsini isə “zərflərdə” ödəməklə “boz” işlə məşğul olmağa başlayıb.
Muradyan onu da əlavə edib ki, kadr çatışmazlığı ilə bağlı vəziyyət yarandıqda müəssisələr işçiləri cəlb etmək üçün maaşları qaldırmalı olurlar. İşçilər tapıldıqdan sonra şirkətlər işçilərinə maaş verə bilmək üçün məhsullarının qiymətini qaldırmalıdırlar.