AZ

Xırdalanda restoranda yanğın təhlükəsi: Müştərilər çölə çıxarıldılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xırdalanın mərkəzində yerləşən restoranda yanğın təhlükəsi yaranıb.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, Xırdalanda "PakFırın" restoranında qatı tüstülənmə müşahidə olunub, müştərilər çölə çıxarılıblar.
Hadisə şahidlərinin sözlərinə görə, restoranın personalından zərərçəkənlər var və qatı tüstünün havalandırma sistemindən qaynaqlandığı bildirilir.
Hadisə yerinə FHN-in qüvvələri cəlb olunub.
Qeyd edək ki, adıçəkilən restoran çoxmərtəbəli yaşayış binasının altında yerləşir. Ərazidəki yollarda sıxlıq müşahidə olunur.
Seçilən
13
50
oxu.az

10Mənbələr