AZ

Xırdalanda restoranda yanğın təhlükəsi: zərərçəkənlər var

Xırdalanın mərkəzində yerləşən restoranda yanğın təhlükəsi yaranıb.

Sitat.info xəbər verir ki, Xırdalanda "PakFırın" restoranında qatı tüstülənmə müşahidə olunub, müştərilər çölə çıxarılıblar.

Hadisə şahidlərinin sözlərinə görə, restoranın personalından zərərçəkənlər var və qatı tüstünün havalandırma sistemindən qaynaqlandığı qeyd edilib.

Hadisə yerinə FHN-in qüvvələri cəlb olunub, təhlükə qısa müddətdə aradan qaldırılıb.

Qeyd edək ki, adıçəkilən restoran çoxmərtəbəli yaşayış binasının altında yerləşir. Ərazidəki yollarda sıxlıq müşahidə olunur.

Seçilən
50
14
sitat.info

10Mənbələr