AZ

Xırdalanda restoranda yanğın təhlükəsi: Müştərilər çölə çıxarıldılar - FOTO

Xırdalanın mərkəzində yerləşən restoranda yanğın təhlükəsi yaranıb.

Azreform.info APA-ya istinadla xəbər verir ki, Xırdalanda "PakFırın" restoranında qatı tüstülənmə müşahidə olunub, müştərilər çölə çıxarılıblar.

Hadisə şahidlərinin sözlərinə görə, restoranın personalından zərərçəkənlər var və qatı tüstünün havalandırma sistemindən qaynaqlandığı qeyd edilib.

Hadisə yerinə FHN-in qüvvələri cəlb olunub, təhlükə qısa müddətdə aradan qaldırılıb.

Qeyd edək ki, adıçəkilən restoran çoxmərtəbəli yaşayış binasının altında yerləşir. Ərazidəki yollarda sıxlıq müşahidə olunur.

Seçilən
42
14
azreform.info

10Mənbələr